Allah mərhəməti ilə hər şeyi əhatə edir
Mərhəmət sözü ərəbcə "reheme" kökündən gəlir və "rəhm etmək, əsirgəmək, şəfqət göstərmək, bağışlamaq" mənalarında istifadə olunur. Rəbbimizin Rəhman və Rəhim isimləri də mərhəmət kəlməsi ilə eyni kökdən gəlir. Quran ayələrində Allahın Zatını ifadə etmək üçün istifadə olunan Rəhman ismi "rəhməti ilə hər şeyi əhatə edən, bütün yaradılmışlar haqqında xeyir, rəhmət və gözəllik buyuran, sevib-sevmədiyini ayırmadan saysız-hesabsız nemətlərə qovuşduran" mənalarında işləndiyi halda, Peyğəmbərimiz (səv) haqqında da istifadə olunan (Tövbə surəsi, 12) Rəhim ismi Allahın ismi olaraq işləndikdə rəhməti ilə axirətdə yalnız möminləri əhatə edən, verdiyi nemətləri yaxşı istifadə edənləri daha böyük və əbədi nemətlər verməklə mükafatlandıran" mənasında istifadə olunur.
Allahın Rəhman və Rəhim isimləri Quran ayələrində bir neçə dəfə təkrarlanır, həmçinin,“Tövbə” surəsindən başqa digər bütün surələr də "Rəhman və Rəhim olan Allahın adı ilə" başlayır. Rəbbimizin Rəhman isminin çox böyük mənası var. Əsirgəyən, rəhm edən, şəfqət göstərən, mərhəmət edən sifətlərinin hamısı Allahın Rəhman isminin təzahürləridir.
Onun rəhməti hər şeyi əhatə edir, sonsuzdur, əbədidir. Rəbbimiz mərhəmət edənlərin ən mərhəmətlisidir. Quranda hz. Eyyubun Rəbbimizə bu gözəl ismi ilə dua etdiyi belə xəbər verilir:
Əyyubu da (yada sal!) Bir zaman o, Rəbbinə yalvarıb demişdi: “Mənə, həqiqətən də, bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!”Rəhman olan Allah mərhəmətini görünən və görünməyən hər şey üzərində təzahür etdirir. Allahın Rəhman ismini kainatdakı bütün yaradılış möcüzələrində, insanın yaradılışında, insan bədənindəki milyardlarla detalda, heyvanlarda, qidalarda, içkilərdə, suda, havada, qısası, kainatın hər zərrəsində görmək mümkündür. Allah hər gün torpağın içindən milyardlarla toxumu cücərdən, meyvələr və tərəvəzlər yaradan, göydən tonlarla su endirən, eyni zamanda, dünyanın hər yerində milyardlarla canlının ruzisini verən, həyatımızı davam etdirməyimiz üçün vacib olan oksigeni var edəndir. Rəbbimiz bütün varlıqları saysız-hesabsız nemətlərlə əhatə etmişdir. Dünyada Onun insanlar üzərindəki təqdirinə, lütfü və rəhminə mane olacaq heç bir varlıq yoxdur. “Fatir” surəsində Rəbbimizin insanlar üzərindəki sonsuz rəhməti belə xəbər verilir:
(Ənbiya surəsi, 83)
Allah insanlara mərhəmətindən nəyi nəsib edərsə, heç kəs onun qarşısını ala bilməz. Onun göndərmədiyi bir şeyi də Ondan başqa heç kəs verə bilməz. O, Qüdrətlidir, Müdrikdir. (Fatir surəsi, 2)Yer üzərindəki bütün canlılar kimi insanın da həyatını davam etdirə bilməsi üçün hər an lazım olan bir çox şərtlər var. Nəfəs ala bilməsi üçün oksigenə, bədəninin fəaliyyətlərini davam etdirə bilməsi üçün su və qidaya ehtiyacı var. Bundan başqa, insan bədənində hər saniyə milyardlarla əməliyyat baş verir. Hər bir hüceyrə yaşaya bilmək üçün Allahın əmri ilə öz vəzifəsini yerinə yetirir. Bir insanın bütün fiziki ehtiyaclarını təmin edərək varlığını davam etdirə bilməsi belə saysız-hesabsız detala bağlıdır. Sonsuz mərhəmət sahibi Rəbbimiz hər canlının istər bədənindəki, istərsə də xarici aləmdəki ehtiyaclarını əvvəlcədən müəyyənləşdirmiş və onlara lütf etmişdir.
O, insanları yaratmış və onları yaşamaları üçün ən əlverişli məkana yerləşdirmişdir. Bunun qarşılığında isə insanlar yalnızca Allaha qulluq etməklə məsuldurlar. İnsanlara elçiləri vasitəsi ilə iman gətirəcəkləri ilahi kitablar göndərməsi və peyğəmbərlərin ayələri bir-bir açıqlamaları da Rəbbimizin Rəhman və Rəhim isimlərinin təzahürüdür. Beləcə, Allah insanlara həm Öz Zatını tanıtmış, həm də onları din əxlaqının gözəlliklərinə və üstün əxlaqa dəvət etmişdir. Şübhəsiz ki, bunların hamısı Rəbbimizin sonsuz mərhəmətinin açıq dəlillərindəndir.
İman gətirməyənlər, münafiqlər və müşriklər də dünya həyatında aldıqları hava, içdikləri su daxil olmaqla gizli və açıq bütün nemətlərdən faydalanırlar. Allah möminlərə verdiyi kimi onlara da mal-mülk, içində yaşayacaqları gözəl evlər, sağlamlıq, güc və gözəllik verir. Bunlar Allahın sonsuz rəhmətinin təzahürləridir. Allah dünya həyatında bəlkə dinə dönərlər, düşünüb anlayarlar və Özünə şükür edərlər deyə bütün insanlara bu nemətləri lütf edir. Ancaq inkar edənlərə verilən bütün bu nemətlər iman gətirmədikləri müddətcə əzablarının artmasına səbəb olacaq. Üz çevirənlər Allahın nemətlərindən ancaq göz açıb yummaq vaxtı qədər olan müvəqqəti dünya həyatları boyu faydalana bilərlər. Axirətdə isə bütün nemətlər sahib olduqlarını yalnız Allaha yaxınlaşmaq və Onun razılığını qazanmaq üçün istifadə edən və Rəbbimizə hər an şükür edən möminlərə aiddir. Çünki Allah sonsuz ədalət sahibidir və misilsiz nemətlərlə bəzənmiş Cənnətini yalnız mömin qullarına müjdələmişdir. Ayələrdə belə buyurulur:
Bizim üçün bu dünyada da yaxşılıq yaz, axirətdə də. Həqiqətən, biz, Sənə üz tutduq!” (Allah) dedi: “İstədiyimi əzabıma düçar edirəm. Mərhəmətim isə hər şeyi əhatə edir. Mən onu (Allahdan) qorxan, zəkat verən və ayələrimizə iman gətirənlər üçün yazacağam. (Əraf surəsi, 156)
(Bu Cənnət) ər-Rəhmanın Öz qullarına vəd etdiyi və onların görmədikləri Ədn bağlarıdır. Onun vədi mütləq yerinə yetəcəkdir. (Məryəm surəsi, 61)