Allahın Rəhman və Rəhim isimlərinin kainatdakı təzahürləri
Saytın birinci hissəsində Allahın Rəhman və Rəhim sifətlərinin Quran ayələrindəki təzahürləri üzərində dayandıq və Rəbbimizin sonsuz mərhəmətinin dəlillərini gördük. Allahın bütün qullarına qarşı bağışlayıcı olduğunu, tövbələri qəbul edən, pislikləri yaxşılığa çevirən, duaları qəbul edən, yaxşılığı bol olan və saleh əməllər edən qullarına qarşı sonsuz mərhəmətli olduğunu Quran ayələrinə əsasən izah etdik. İzah etdiklərimizin hamısı iman gətirənlərin qəlbinə dinclik, xoşbəxtlik və arxayınlıq hissi verən, Allaha olan imanlarını və sevgilərini daha da gücləndirən dəlillərdir.
Diqqətlə baxan və düşünən insan üçün Allahın Rəhman və Rəhim isimləri kainatın hər yerində təzahür edir. Kainatın və dünyanın yaranmasından canlı aləmin var edilməsinə, insanın möcüzəvi yaradılışından hər hüceyrəsinin qüsursuz quruluşuna, heyvanlara, bitkilərə, meyvələrə, tərəvəzlərə qədər ətrafımızda gördüyümüz hər detalda Allahın sonsuz şəfqətinin dəlilləri vardır.
Bu dəlilləri görmək üçün uzun araşdırmalar aparmağa, dərin bilgilərə sahib olmağa və ya hər hansı sahədə təhsil alıb ixtisaslaşmağa ehtiyac yoxdur. Sadəcə kainata Allahın Rəhman və Rəhim isimlərini dərk edərək baxmaq, Rəbbimizin qullarına qarşı sonsuz sevgisini və lütfünü düşünmək kifayətdir. Əgər insan ətrafına bu cür baxsa, hər gün gördüyü dünyadan daha fərqli bir dünya ilə qarşılaşacaq və bu dünyadakı hər detalın Allahın rəhmətinin dəlilləri olduğunu anlayacaq.
Allah Quranda“Sən Allahın mərhəmətinin izlərinə bax...”(Rum surəsi, 50)deyə buyuraraq dünyadakı hər şeyin Allahın rəhmətinin təzahürü olduğunu bildirir. Digər ayələrdə də var olan hər şeyin gözəlliyi və nemətlər haqqında düşünmək təşviq edilir, bunların yoxluğunda necə çətinlik və məhrumiyyət hissi olduğuna diqqət çəkilir.
Allah gecə ilə gündüzün yaradılmasının, yağışın yağdırılmasının, gəmilərin dənizdə üzməsinin, quşların havada qalmasının, qullarına müxtəlif nemətlərin bəxş edilməsinin, heyvanların, ağacların, küləyin, şimşəyin, qısası, yaratdığı canlı və cansız hər şeyin hikmətini düşünməyə çağırır və bunların hər birinin Allahdan qullarına rəhmət olduğunu bildirir. Allah “Nəml” surəsində də insanlara göylərin qüsursuz yaradılışı üzərində düşünmələrini əmr edir:
Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli Allahın yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb göyə diqqət yetir, heç onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir. (Mülk surəsi, 3-4)Burada qeyd etdiklərimizin məqsədi isə oxuyucuya bütün insanları yoxdan var edən, onlara saymaqla bitməyən nemətlər bəxş edən Rəbbimizin Rəhman və Rəhim isimləri üzərində düşünməyə dəvət etməkdir. Növbəti səhifələrdə insanın həyatı boyunca iç-içə olduğu bu dəlillərdən müxtəlif nümunələr verəcək, Allahın sonsuz elminin və sənətinin insanlar üçün nə qədər böyük lütf olduğunu izah edəcəyik. Lakin bunu da unutmamalıyıq ki, Allahın rəhmətinin yer üzündəki dəlillərini yazmağa çalışsaq, bunu milyonlarla cild ensiklopediyaya belə sığdıra bilmərik.
Bu, Allahın Quranda “Əgər Allahın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir”(Nəhl surəsi, 18) ayəsi ilə bildirdiyi həqiqətdir. Bu bölmədə üzərində düşünəcəyimiz milyonlarla dəlildən yalnızca bəzilərinə yer verəcəyik.