Hər şeyin qədərdə yazılı olması Allahın sonsuz mərhəmətinin təzahürüdür

Qədərimizin Allahın idarəsində olması və hər şeyin qədər üzrə baş verməsi Allahın Rəhman və Rəhim isimlərinin biz insanlar üzərində ən gözəl təzahürüdür. Qədəri anlayan möminlər qarşılaşdıqları çətinliklərə böyük şövq və sevinclə səbir edirlər. Onlar Allahın hər şeyi xeyirlə yaratdığını və sadəcə Onun diləməsilə gerçəkləşdiyini bilirlər. İnsanların həyatlarını bütün detallarına qədər yaradan Allahdır. “Ənam” surəsində dünyada yaranan böyük-kiçik bütün hadisələrin Allahın izni ilə gerçəkləşdiyi belə bildirilir:

Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru (şey) yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın. (Ənam surəsi, 59)
İnsan zamandan asılı yaşayan və hadisələri sadəcə yaşadığı andan baxaraq dəyərləndirən varlıqdır. Gələcəyi bilmədiyi üçün qarşılaşdığı hadisələrin hikmətini, xeyrini, gözəlliyini hər zaman görə bilmir. Lakin zamanı yaradan, dolayısilə zamandan münəzzəh olan Allah zamana tabe olan bütün varlıqların həyatlarını “zamanın xaricindən” görür. Bu qədər gerçəyidir. Qədər Allahın keçmiş və gələcək bütün hadisələri tək bir an olaraq bilməsidir. Yəni “nəticəsi bilinməyən hadisələr” sadəcə bizim üçün “bilinməyən hadisələr”dir. Allah bizə məlum olmayan bu hadisələrin hamısını bilir. Buna görə də insan axırı da əvvəli də bəlli olan bir imtahandadır. Keçmiş, gələcək və içində yaşadığımız an Allah qatında birdir, hamısı olub-bitib. Biz isə bu hadisələri sadəcə vaxtı gələndə yaşayaraq öyrənirik. (ətraflı məlumat üçün baxın: Zamansızlık ve Kader Gerçeği, Harun Yahya, Vural Yayıncılık)

Müsəlmanların dünya və axirət həyatındakı bütün çətinliklərə gözəl səbir göstərmələrinə səbəb olan da məhz qədər elmidir. İman gətirənlər“Allahın izni olmadan (heç kəsə) bir müsibət üz verməz. Hər kəs Allaha iman gətirsə, Allah onun qəlbini haqqa yönəldər. Allah hər şeyi bilir” (Təğabun surəsi, 11) ayəsində də bildirildiyi kimi başlarına gələn hər şeyin qədər üzrə gerçəkləşdiyini bilməyin rahatlığını yaşayırlar. İman gətirməyənlər qədər elmini bilmədikləri üçün sıxıntı, stress, narahatlıqla mübarizə aparırlar. Müsəlmanlar isə Rəbbimizin lütfu olaraq rahatlıq içində yaşayırlar. Sonsuz mərhəmət sahibi olan Rəbbimizin nəzarəti altında yaşadıqlarını, hər şeyin xeyir və gözəlliklə yaradıldığını bilərək həyatlarına rahat şəkildə davam edirlər. Ancaq bu iman gətirənlərin həyatlarında çətinlik, sıxıntı olmur mənasına gəlmir.

Möminlər dünyada hər cür sıxıntı və çətinliklərlə qarşılaşa bilər, mallarını itirər, fiziki olaraq zəif düşər, xəstələnər, yaralanar, ölər ya da öldürülə bilərlər. Onların fərqi hər çətinliyin Allahdan gələn imtahan olduğunu bilmələri və hər birini Allahın Rəhman və Rəhim isimlərinin gözəl təzahürü kimi qəbul etmələridir. Çünki bu sınaqlar qarşısında göstərdikləri gözəl əxlaqın Allah qatında çox dəyərli olduğunu bilirlər. Bu möminlərə məxsus zövqdür. Müsəlmanlar belə sıxıntılar qarşısında stres, qəm, kədər, panika, qorxu kimi hisslər keçirməzlər. Çünki uca Allahın yaratdığı və şər kimi görünən bütün hadisələri də müsəlmanların xeyrinə çevirəcəyini bilirlər. Allah bunlarla iman gətirən qullarını sınaqdan keçirir və göstərdikləri səbrin qarşılığını də həm dünyada, həm də axirətdə qat-qat artıq verir. Müsəlmanlar bu qısa imtahan dövrünü keçdikdən sonra sonsuz cənnət həyatı ilə mükafatlandırılır. Allah bir ayədə möminlərə “Allah kafirlərə möminləri (məğlub etməyə) yol verməyəcəkdir”(Nisa surəsi, 141)şəklində bildirir. Allaha güvənən insan qorxu və kədər hissi keçirməz. Bu Allahın qulları üzərindəki şəfqətinin dəlilidir:
Həqiqətən də: “Rəbbimiz Allahdır!”– deyib sonra düz yol tutanlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. (Əhqaf surəsi, 13)
Xeyr! Kim yaxşı işlər görüb Allaha təslim olarsa, Rəbbi yanında onun mükafatı olar. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.
(Bəqərə surəsi, 112)
Şübhəsiz ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər. Onlar iman gətirmiş və (Allahdan) qorxmuşlar. Dünya həyatında da, axirətdə də onlara müjdə vardır. Allahın kəlmələri əsla dəyişilməz. Bu, böyük uğurdur. (Yunus surəsi, 62-64)
Allah başqa ayələrində də Özünə inanan və təslim olan qullarının əsla qopmayan qulpa yapışdıqlarını bildirir:
Yaxşı əməl sahibi olub özünü Allaha təslim edən şəxs ən möhkəm dəstəkdən yapışmış olar. Bütün işlərin sonu Allaha qayıdır. (Loğman surəsi, 22)
Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah Eşidəndir, Biləndir. (Bəqərə surəsi, 256)
İman gətirənlərin çətinliklər və sıxıntılar qarşısında göstərdikləri şövqlü, sevincli və güclü xarakter Allaha, qədərə və axirətə imanın, təvəkkülün və təslimiyyətin nəticəsidir. Peyğəmbərlərin və saleh möminlərin həyatlarında bu gücün və təvəkkülün çox gözəl nümunələri var. Quranda çətinlik zamanında göstərilən güclü xarakterə gözəl nümunə kimi Fironun qövmündə sehirbaz ikən hz.Musanın dininə iman gətirən və bundan sonra Fironun öldürmək təhdidi qarşısında üstün əxlaq göstərən möminlərdir.

Ayələrdə Fironun iman gətirən bu möminləri öldürmək və işgəncə ilə qorxutmağa çalışıb doğru yollarından ayırmaq üçün çabaladığı bildirilir. Lakin o ordusunun və maddi qüvvəsinin onları qorxudacağını zənn edərək çox böyük ziyana məruz qalır. Çünki möminlər Firona verdikləri cavabda sadəcə Allahdan qorxduqlarını və çətinliklə üzləşdikdə Ona yönəlib-döndüklərini bildirirlər. Onlar Fironun bütün təhdidlərinə baxmayaraq, Allaha imanın gətirdiyi təslimiyyət və təvəkküllə bu yoldan qətiyyən dönməyəcəklərini bildirirlər:
(Firon) dedi: “Mən sizə izn verməmişdən əvvəl siz Ona iman gətirdiniz? Şübhəsiz ki, O sizə sehr öyrədən böyüyünüzdür. Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib xurma ağaclarının gövdələrində çarmıxa çəkəcəyəm. Onda hansımızın əzabının daha şiddətli və daha sürəkli olduğunu biləcəksiniz!” Onlar dedilər: “Biz heç vaxt səni bizə gələn bu aydın dəlillərdən və bizi yaradandan üstün tutmayacağıq. İndi nə hökm verəcəksənsə, ver. Sən ancaq bu dünyada hökm verə bilərsən! Həqiqətən, biz Rəbbimizə iman gətirdik ki, O, bizi günahlarımıza və sənin bizi məcbur etdirdiyin sehrə görə bağışlasın. Allahın (mükafatı) daha xeyirli, (cəzası) isə daha daimidir! (Taha surəsi, 71-73)