Möminlər üçün hər şeyin xeyirlə yaradılması Allahın sonsuz rəhmətinin təzahürüdür
Hər insanın həyatında sıxıntılı və çətin vaxtları olur. Quran əxlaqını yaşamayan insanların çoxu bu çətin anları sıxıntı içində keçirirlər. İmtahan olunduqlarını düşünmədikləri, Allaha və Onun yaratdığı qədərin qüsursuzluğuna iman gətirmədikləri üçün qarşılaşdıqları hadisələrin, çəkdikləri sıxıntıların öz-özlüyündə yarandığını zənn edirlər. Bu isə daha çox əzab çəkmələrinə səbəb olur. İman gətirmədikləri üçün onsuz da, dünyada keçirdikləri hər an öz əleyhlərinədir. Möminlər isə dünyadakı hər çətinliyin Allahın onlar üçün yaratdığı imtahan olduğunu bilirlər. Çünki Allah müsəlmanları dünyada fərqli-fərqli imtahanlarla sınayacağını və doğru ilə yanlışı bir-birindən ayıracağını vəd edib:
Yoxsa elə güman edirdiniz ki, Allah içərinizdən cihada çıxanları və səbir edənləri bəlli etmədən siz Cənnətə daxil olacaqsınız? (Ali İmran surəsi, 142)
Allah pisi yaxşıdan ayırmayınca möminləri sizin olduğunuz vəziyyətdə tərk edən deyildir ... (Ali İmran surəsi, 179)Quranda Peyğəmbərimiz (səv) dövründə yaşanılan belə hadisə nümunə kimi verilib:
(Uhudda) iki qoşunun üz-üzə gəldiyi gün sizə üz vermiş müsibət Allahın izni ilə oldu ki, möminləri aşkara çıxartsın və münafiqləri bəlli etsin…Ayələrdə də bildirildiyi kimi, Peyğəmbərimiz (səv) dövründə müsəlmanlar çətin mübarizə içində imtahan olunublar. Ancaq bu hadisələr də Allahın izni ilə gerşəkləşib və möminlərə zərər verməyə çalışan münafiqlərin ortaya çıxmasına səbəb olub. Yəni nəticəsi möminlər üçün həmişəki kimi xeyrə çevrilib. Möminlər hər şeyin Allahın təqdir etdiyi qədər üzrə gerçəkləşdiyini bildikləri üçün pis görünən hadisəni, ya da sıxıntını səmimiyyətlərini, Allaha olan bağlılıqlarını və təvəkküllərini göstərmək üçün gözəl fürsət kimi dəyərləndirirlər. Dünyada həm çətinliklərlə, həm də nemətlərlə sınandıqlarını əsla unutmurlar. Bu gözəl əxlaqlarının və təslimiyyətlərinin mükafatı kimi Allah pis görünən hadisələri saleh qullarının lehinə çevirir. Çünki Rəhman və Rəhim olan Allah imanlı qullarına hidayət vermək, onları cənnətinə almaq və sonsuz nemətlərlə mükafatlandırmaq istəyir. Bu səbəbdən də həmin çətinliklər möminlər üçün çox dəyərlidir.
(Ali İmran surəsi, 166-167)
Quran əxlaqı yaşanılmayan cəmiyyətlərdə insanlar səhv etməkdən qorxurlar. Çünki səhv edən insan cəmiyyətin gözündə alçaldılır və məsxərəyə qoyulur. Ya da həmin insan özü üçün yaranan bir çox fürsəti əldən verir. Buna görə də cahiliyyədə səhv etmək acınacaqlı haldır. Halbuki Quran əxlaqında belə vəziyyət çox fərqli qarşılanır. Müsəlman səhvi Allahın hikmətlə və xeyirlə yaratdığını, Rəhman olan Allahın lütfu olduğunun şurundadır. Əvvəla bilir ki, müsəlmanlar insanları səhvlərinə görə qiymətləndirmir. Səhvin qədərdə olduğunu, möminin səhvinə görə peşman olub düzəltmək istəyəcəyini bilir, ona qarşı şəfqət və mərhəmət hissi duyur. Mömin səhv etdikdə səmimi şəkildə düşünüb yanlışını anlayır, Allah qorxusu və vicdanı onu dərhal düşünməyə vadar edir. Səhvini düzəltməyə çalışır, sonsuz mərhəmətli olan Allaha dua və tövbə edir. Möminin səhvini anladıqda hiss etdiyi peşmançılıq da onun üçün xeyirlidir. Çünki bu cahiliyyənin yaşadığı sıxıntılı peşmançılıq hissi deyil, yenidən eyni səhvi təkrarlamamaq üçün verdiyi qərardan ibarətdir. Bu halda möminin təslimiyyətli, təvəkküllü və bütün hadisələrin qədərində olduğunu bilərək hərəkət etməsi çox vacibdir. Bu şəkildə davrananların Allaha olan yaxınlığı da artır.
“Bəqərə” surəsinin 216-cı ayəsində Allah “şər” kimi görünən bəzi şeylərin insanlar üçün xeyir gətirə biləcəyini bildirmişdir. Ancaq bununla yanaşı, eyni ayədə insanların sevdiyi şeylərin özləri üçün “şər” ola biləcəyini də xəbər vermişdir. Quranda bu mövzu ilə bağlı verilən bir nümunə xəsislik edən iman gətirməyən zənginlərin mövqeyidir. İman gətirməyənlərin xəsisliyi hiyləgərlik hesab etmələri və Allah üçün istifadə etmədikləri mülklərinin özləri üçün fayda gətirəcəyini düşünmələri çox böyük qəflətdir. Çünki Allah bu mal-mülkün, sahibləri üçün şər olduğunu və axirətdə çəkəcəkləri əzabın səbəbinin bu olacağını Quranda bildirib:
Allahın Öz lütfündən bəxş etdiyini xərcləməyə xəsislik edənlər elə güman etməsinlər ki, bu, onların xeyrinədir. Əksinə, bu, onlar üçün pisdir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. (Ali İmran surəsi, 180)Möminlərin isə mala-mülkə baxış prizması cahillərdən fərqlidir. Qurana tabe olan mömin üçün mülk sahibi olmaq əsl məqsəd deyil. Mal sevgisi, yığmaq hərisliyi kimi iman gətirməyənlərə xas davranışların heç biri möminlərin üstün əxlaqında yoxdur. Çünki mömin bütün həyatını Allahın razılığını qazanmağa həsr edir. Buna görə də malından Allah üçün istifadə edir, nəfsinin fücuruna aldanmır, dünyəvi mənfəət üçün yox, axirətdə qazanacağı gözəlliklərə yönəlir. Belə hərəkət edən möminlər Allah qatında üstündür. Allah onları belə müjdələyir:
Doğrudan da, Allah möminlərdən, Cənnət müqabilində onların canlarını və mallarını satın almışdır. (Çünki) onlar Allah yolunda vuruşub öldürür və öldürülürlər. (Bu, Allahın) Tövratda, İncildə və Quranda Öz öhdəsinə götürdüyü bir vəddir. Allahdan daha yaxşı əhdini yerinə yetirən kimdir? Elə isə sövdələşdiyiniz alış-verişə görə sevinin. Məhz bu, böyük uğurdur. (Tövbə surəsi, 111)Bu gerçəyi bilən peyğəmbərlər, elçilər, saleh möminlər tarix boyu onlara verilən nemətlərin əslində Allaha aid olduğunu bilərək hərəkət etmiş, bütün sərvətlərini Allahın razılığını qazanmaq üçün istifadə etmişlər. Məsələn, ayədə bildirildiyi kimi “sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən” möminlər gözəl əxlaqlı və mərhəmətlidirlər. Həmçinin möminlər bəzi insanlar kimi göstəriş üçün yox, əksinə “mallarını Allahın razılığını qazanmaq və nəfslərini möhkəmləndirmək üçün” (Bəqərə surəsi, 265) infaq edirlər. Dolayısilə malları əksiləndə də cahillərdən fərqli olaraq, bunun Allahın imtahanı olduğunu bilərək hərəkət edir, səbir göstərir və xeyir gözü ilə baxırlar. İnananların belə vəziyyətdə necə davrandıqlarını Allah Quranda belə bildirir:
De: “Ey mülkün sahibi Allahım! Sən istədiyin kəsə mülkü verir və istədiyindən də onu geri alırsan; istədiyin kimsəni yüksəldir və istədiyini də alçaldırsan. Xeyir (yalnız) Sənin Əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən. (Ali İmran surəsi, 26)Ayələrdə qullarına qarşı lütf sahibi olan Rəbbimizin Öz yolunda infaq edən, malından xərcləyən müsəlmanlara verəcəyi qarşılıq bildirilib. “Səbə” surəsinin 39-cu ayəsində Allah möminlərə “nə xərcləsələr, əvəzini verəcəyini” vəd edib. Bu Rəbbimizin rəhmətinin ən gözəl təzahürlərindəndir. Allahın razılığını qazanmaq istəyənlərin Allah yolunda xərclədiklərinin qarşılığını axirətdə alacaqlarını Allah ayədə belə bildirir:
Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah dilədiyi kimsənin (mükafatını) artırar. Allah (hər şeyi) Əhatəedəndir, Biləndir. (Bəqərə surəsi, 261)
Əgər Allaha gözəl bir borc versəniz (malınızı Onun yolunda xərcləsəniz), O bunu sizin üçün qat-qat artırar və sizi bağışlayar. Allah şükürün əvəzini verəndir, Həlimdir. (Təğabün surəsi, 17)
De: “Həqiqətən, Rəbbim istədiyi qullarına ruzisini bol edər, (istədiyinə də) onu azaldar. Nə xərcləsəniz, Allah onun əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır! (Səba surəsi, 39)İnfaq edən müsəlman ayələrdə də bildirildiyi kimi, sonsuz lütf sahibi olan Rəbbimizdən qat-qat artıq qarşılığını alacaq. Həmçinin inananlar çox yaxşı bilir ki, inkarçıların malları onlar üçün dünyada faydaya yox, əzaba çevriləcək. Bu Allahın vədidir. Ayədə belə buyurulur:
Onların nə malları, nə də övladları səni heyrətləndirməsin. Allah bunlarla, dünya həyatında onlara əzab vermək və onların canlarının kafir kimi çıxmasını istəyir. (Tövbə surəsi, 55)